Bu gün:

Əks istiqamətdə fırlanan planet


Planetlərin Günəş sistemi daxilində müəyyən bir nizama uyğun hərəkət etdiyi məntiqlə düşünülür. Amma bəzi planetlər bu qaydaya əməl etmir. Bunun ən yaxşı nümunəsi tərs fırlanan planetlərdir. Onlar Yerin əks istiqamətində fırlanaraq öz fərqlərini ortaya qoyur.


Planetlərin Günəşə istiqaməti Günəşin sağındandır. Buna görə planetlər Günəş ətrafında saat əqrəbinin əksinə fırlanır. Planetlərin öz ətrafında fırlanma səbəbi və istiqaməti nüvələrinin fırlanma istiqaməti ilə bağlıdır. Əgər nüvə sağa fırlanırsa, planet tamamilə sağa, nüvə sola fırlanırsa, planet tamamilə sola fırlanır.


Planetlər arasında Venera və Uran əks istiqamətdə fırlanır. Veneranın fırlanma istiqamətindəki fərqin səbəbi ilə bağlı qəbul edilmiş fikirlər var. Onlardan biri olan Venera əvvəlcə digər planetlərlə eyni istiqamətdə fırlanıb. Lakin sonradan fırlanma oxu 180 dərəcə dəyişib, yəni oxu əyilib.


Yerlə əkiz planet kimi tanınan Venera Yerdən fərqli fırlanır. Ölçüləri, kütlələri, sıxlıqları və tərkibləri çox oxşar olan Yer və Venera arasındakı fırlanma fərqi araşdırılmağa davam edir. Venera Yerə və Günəş sistemindəki əksər planetlərə əks istiqamətdə fırlanır. Deməli, söhbət Günəşin qərbdə çıxıb şərqdə batdığı planetdən gedir.


Mənbə: sabah.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et