Bu gün:

Ayın fazaları necə yaranır?


Ayın hərəkətləri Ayın görünüşünü necə dəyişir?

Ayın görünüşünün niyə dəyişdiyini izah etməyə başlamazdan əvvəl bəzi anlayışları aydınlaşdırılmalıdır.

Əvvəla, bilinməlidir ki, Ay öz işığı ilə parlamır. Ay öz işığını yaratmır, yalnız Günəşdən gələn işığı əks etdirərək parlayır. Bu səbəbdən, insanlar Ayı tam görmədikdə, əslində, Ayı hissə-hissə görmürlər, yalnız işıqlı hissəsini görə bilirlər. Digər hissəsi hələ də oradadır, sadəcə onu görə bilmirlər.

Başqa bir məsələ Ayın fazalarının baş vermə səbəbidir. Bu mərhələləri başa düşmək üçün insanlar ilk növbədə Ayın, Yerin və Günəşin hərəkətini başa düşməlidirlər. Ay həm öz ətrafında, həm də Yer ətrafında fırlanır. Yer Ayla birlikdə həm öz oxu, həm də Günəş ətrafında fırlanır.

Günəşin, Yerin və Ayın bu tropiklərinin yaratdığı fərqli bucaqlar Ayın Yerdən fərqli vəziyyətlərdə görünməsinə səbəb olur.

Ayın fazaları Yerdən göründüyü kimi Ayın müxtəlif vəziyyətlərinə verilən adlardır. Ay Yerin ardınca getdiyi və Günəş ətrafında fırlandığı üçün Günəşə baxan hissə həmişə işıqlı qalır, lakin bu hissə Yerdən həmişə görünmədiyi üçün insanlar Ayı həmişə parlaq görə bilmirlər.

Ay Yer ətrafında təxminən 29,5 gündə fırlandığı üçün Ayın bütün fazaları ümumilikdə bu qədər uzun çəkir. Ayın fazaları bu dövrü hər ay təkrarlayır.

Mənbə: novakid.com.tr

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et