Bu gün:

Məktəbli forması niyə vacibdir?


Məktəbli formasının nə üçün zəruri olduğu sualına cavabı 3 əsas başlıq altında toplamağa çalışdıq.


1. Bərabərlik


Məktəbli formasının təbliğinə gəlincə, ən çox istifadə olunan sözlərdən biri bərabərlikdir. Çünki məktəbli formaları uşaqlara eyni şəkildə geyinməyə imkan verir. Beləliklə, heç bir uşaq köhnəlmiş paltar geyindiyinə görə zorakılığa məruz qalmayacaq. Bu seçim indiki şəraitdə bir az daha uzana bilər. Məktəblərin korporativ kimliyi nəzərə alınaraq geyim variantları artırılıb.


2. Aid olmaq 


 Xüsusilə köklü tarixi keçmişi olan qurumlarda loqo (gerb) vasitəsilə “qurum”a mənsub olmaq, geyim və ya rəng qürur, prestij və böyük bir cəmiyyətin bir hissəsi olmaq deməkdir. Biz dəbə uyğun gələn, tələbələrin zövqlə geyinə biləcəyi və aidiyyətini hiss edə biləcək paltarlar dizayn etməkdən xoşbəxtik.


3. İntizam


Şagirdlərin məktəbdə diqqətinin dağılmasının səbəblərindən biri geyimləri ola bilər. Məktəbli forması eyni olan şagirdlər geyimləri müqayisə etmir və dərsə daha çox maraq göstərə bilirlər.

Bundan əlavə, məktəbli formaları sayəsində məktəb xaricindən gələ biləcək hər hansı təhlükəsizlik problemi zamanı şagirdlər ayrıla bilir.


Mənbə: okultasarimi.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et