Bu gün:

Şirin, çəhrayı meyvə- liçi


Tropik meyvələr bizə həmişə daha dadlı, fərqli görünüb. Ananas, kokos, banan, manqo, avokado, papaya... və daha çox. Tropik meyvələr rəngləri və dadı ilə hər kəsə nağıldan çıxan sehrli meyvə təsiri bağışlayırlar. Onların heç bir rəng cədvəlində yeri yoxdur. Onların özünəməxsus rəngi və atmosferi var. Onların qiymətləri məhz bizdə yetişdirilmədiyi üçün baha deyilmi? Cibinizə zərər verən sehrli meyvələr...


Adını ilk dəfə eşidənlər də, əvvəllər dadıb bu meyvəyə heyran qalanlar da olacaq... Liçi meyvəsi Çindən ölkəmizə qədər gəlib çatan tropik, müalicəvi məhsuldur. Liçi görünüşü ilə iştahı açan, faydaları ilə bazarda məşhur olan dadlı meyvədir. Onun faydalarını öyrəndikdən sonra tropik bölgələrdə yaşayan insanların nə qədər şanslı olduğuna inanmayacaqsınız!


Tropik meyvələrin müalicəvi təsirindən əldə edilən dərmanlar sağlamlığımıza müsbət təsir etdiyi kimi, meyvənin özünün də şəfa verəcəyini düşünməlisiniz. Ölkəmizdə artıq Aralıq dənizi və Egey sahillərində tropik meyvə yetişdirilməsi imkanları inkişaf etdirildiyi üçün belə sağlam və fərqli dadları uzaqda axtarmağa ehtiyac yoxdur. İndi hər şey bir addımlığımızdadır. Bunun üçün inkişaf edən texnologiya və dəyişən dünyaya təşəkkür edirik!


Mənbə: ikisahil

Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et