Bu gün:

Bloq və bloqçuluq nədir?


Keçən həftə biz sizə "syorytelling"– hekayəçilik haqqında danışmışdıq. Bu gün insanlara insanlara ilham olan, onların yoldan bəzi məqamlarda dəyərli bu hekayələri paylaşmaqları haqqında danışacayıq. Bloqçuluq və vloqçuluq nədir?

Bloq və vloqlar eyni məqsəd üçün istifadə olunsa da, onlar arasında bariz fərqlər var. Vloq video bloq mənasında işlənən sözdür və informasiyanın vizual formasıdır. Video bloqlar həm gözə, həm də qulağa xitab edən, yəni həm vizual, həm də səsli məhsullardır. Digər tərəfdən, bloqlar əsasən mətnlərə əsaslanır, lakin foto və videoları da ehtiva edə bilər. Bloqun məzmununa vloq daxil edilə bilər. Vloq çəkmək üçün ən azı bir kameraya ehtiyacımız var. Bu kameranın istənilən növü peşəkar kamerası və ya smartfon ola bilər.

Həm bloqer, həm də vloqer mövzu seçməkdə sərbəstdir. İstənilən mövzuda vloqlar çəkilə və bloq məzmunu hazırlana bilər. Vloq həm gözə, həm də qulaqlara xitab etdiyi üçün daha cəlbedicidir. O, daha yaddaqalan, düşündürən, məlumatı asan ötürən materialdır. 

Vloqçuluq hazırlıq tələb edir

Məkan hazırlığı çox vacibdir. Həm də bir qədər vaxt aparan işdir. Bloq məzmunu hazırlamaq üçün yerin o qədər də əhəmiyyəti yoxdur. Sadəcə olaraq sakit bir məkan, kompüteriniz, qələm və qeyd dəftəriniz, eyni zamanda düşüncələriniz kifayətdir. 


Mənbə: sende-ogren.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et