Bu gün:

“Ağ diş” əsərinin qısa məzmunu


Əsər itləri ilə şimalın çöllərində gəzən iki kişi ilə başlayır. Köpəkləri dişi canavarlar aparıb yeyir. Kişilərdən biri - Bill qalan itləri xilas etmək üçün silahdan istifadə edir, lakin onu da yeyirlər. Yalnız iki it və digər adam Henri qalır.

Aclıq Kiçe adlı dişi canavarın yemək axtarmağa davam etməsini tələb etdiyi üçün irəliləyir. O, sürüdəki canavarlardan biri olan Tək Gözlə cütləşir və balaları olur. Lakin aclıqdan sonra yalnız biri sağ qalır. Onun adı Ağ Dişdir.

Dişi canavar, əslində, yarı it və yarı canavardır və kəndlərdən birində Boz Qunduz adlı hindli onun sahibidir.  Onu başqa bir hindliyə satır, lakin Ağ Dişi saxlayır. Ağ Diş kənddəki digər itlər tərəfindən təhqir olunur və Dodaq adlı biri onu xüsusilə alçaldır və hətta ona vəhşicəsinə hücum edir. 

Ağ Diş getdikcə daha qəddar olmağa məcbur olur və Boz Qunduz bu davranışı təşviq edir. Daha sonra Fort Yukona gedir və Ağ Dişi dəhşətli adam olan Smitə satır. Smit ondan sui-istifadə edir və pul qazanmaq üçün it döyüşü rinqində Ağ Dişdən istifadə edir. 

Bir gün Ağ Diş bir bulldoq tərəfindən ağır yaralanana qədər döyüşür. Vedon Skot adlı mehriban bir adam Ağ Dişi xilas edir və onu özü ilə Kaliforniyaya aparır. 

Skot Ağ Dişə sevgi, xeyirxahlıq və səbirdən başqa heç nə göstərmir. Nəhayət, Ağ Diş Skotu və ailəsini sevməyə başlayır və onları qorumaq üçün hər şeyi edərdi. Skotun dostu və şirniyyatçı Mett Ağ Dişi yedizdirir və onlar hər gün xizəklə oynayırlar. 

Mənbə: sparknotes.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et