Bu gün:

Praktik zəka yoxsa yaradıcı düşüncə?



Nə üçün praktik zəka ilə öyünməyi dayandırmalı, xüsusən də, praktik zəkanın yaradıcılıq kimi təqdim edilməsinə qarşı olmalıyıq?

Praktik zəka kimi təriflənmək müvəqqəti və səthi həllərdir. Üstəlik, tez-tez həll etdiyindən daha çox problemə səbəb olur. Günü xilas edir, lakin çox vaxt sabahı məhv edir. Bununla belə, yaradıcılıq daha qalıcı, dərin və sistemli həllər istehsal etmək deməkdir. Keçmişin dərin biliklərini və gələcəyin xəyallarını, dizaynlarını ehtiva edir.

Praktiki intellekt cavab verməkdən ibarətdir. Cavab varsa, başqa heç nəyə qarışmır. Cavabını verir və yoluna davam edir.

Halbuki yaradıcılıq suallarla, sual verməklə sual və cavabları çoxaltmaqdır. Maraqlı olmaq və suallar vermək bizə özümüzlə, digər insanlarla, insanların problemləri və ehtiyacları ilə əlaqə saxlamağa imkan verir.

Doğru sualları nə qədər çox verib düzgün sualları çoxaltsaq, bir o qədər dərinə gedib yaradıcı həllər istehsal edə bilərik. Suallar vermək həyatınızda vacib olan şeyləri dərk etməyin ən yaxşı yoludur.

Praktiki intellekt tez və ani həllər tapmaq bacarığı kimi ümumi zehni gücün ifadəsidir. Problem və ya ehtiyac yarandıqda bu problemi həll etmək və ya ehtiyacı ödəmək üçün əvvəlki öyrənmə və məlumatlara əsaslanaraq layihələndirmək əvəzinə, təxmin edərək tez-tez müvəqqəti həllər istehsal etməkdir.

Bu baxımdan, təbii ki, praktiki zəkanın istifadə oluna biləcəyi məqamlar var. Məsələn, əlinizdə olan materiallarla divara boru düzəltməyin bir yolunu tapa bilərsiniz. Bununla belə, praktik zəka ilə bir boru keçirmək üçün binanın sütununu və s. kəsə bilməzsiniz!

Biz praktiki ağıldan çox əziyyət çəkmişik. Bu gün yaradıcı düşüncəyə hər zamankından daha çox ehtiyacımız var!

Mənbə: omurdogan.com

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et