Hekayələr bəşər tarixinin başlanğıcından bəri həyatımızın mühüm bir hissəsi olmuşdur. Hekayələr insanlara dünyanı anlamağa və onun daha dərin mənasını dərk etmək imkanı yaradır. Hekayə yaratmaq üçün istifadə edilən üsullar zamanla dəyişmiş ola bilər, lakin nağılların auditoriyanı cəlb etmək və əlaqə saxlamaq gücü dəyişməz olaraq qalır. Ən yaxşı ictimai natiqlər həm də nitqlərində ki əsas fikri matdırmaq üçün hekayələrdən istifadə hekayəçilərdir. Nitqimizdəki əsas mesajı hekayə ilə çatdırmaq dinləyicini cəlb etməyin ən yaxşı üsuludur.

Bəs nağılçılıq nədir və onun ictimai nitqlə əlaqəsi nədir? Gəlin öyrənək.
Storytelling nədir?
Storytelling tamaşaçıları ələ almaq üçün ideyaların hekayə üzərinə köçürülməsi, ideyanın elementlərini açıqlamaq üçün sözlər və hərəkətləri əhatə edən interaktiv sənət növüdür. Bu, hər bir cəmiyyətdə və mədəniyyətdə öz yerini tutan sahədir. Niyə? Çünki nağıl söyləmək məmləkətindən, ləhcəsindən, mənşəyindən asılı olmayaraq hər kəsin anlaya biləcəyi universal bir dildir. Hekayələr dinləyicinin təxəyyülünü stimullaşdırır və icma hissi yaradır.

Hekayə danışmaq karyera yolunda uğurlu addımlamaq üçün vacib bir bacarıqdır. Tamaşaçıları cəlb etməyin aşkar faydasından başqa, hekayə danışmaq hər hanısa monoton ssenarini əzbərləməkdən daha asandır. Böyük hekayəçilər hətta ən adi təcrübələri belə valehedici hekayələrə çevirə bilərlər. Danışığınıza emosional toxunuşlar əlavə etdikdən sonra tamaşaçılar dediyiniz hər şeydən məmnun qalacaqlar.
Hər birimizin içində olan hekayələr bizi insan edən əsas şeydir. Əslində biz hamımız nağılçıyıq və təcrübə ilə nağıl danışmaq bacarığını təkmilləşdirə bilərik. İnsanlar şəkillər və sözlərlə öz dünyalarını açmaq üçün hekayələr danışırlar. Hekayələr bizə empatiya qurmağa və ətrafımızdakı dünya haqqında təsəvvürümüzü gücləndirməyə imkan verir.
Mənbə: planetspark.in
Tərcümə etdi: Bənövşə Bağırova
