Bu gün:

Qarışqaların ünsiyyət sistemi



Qarışqaların beyinlərindəki ünsiyyət mərkəzi insanlara bənzəyir. Əslində, qarışqaların beyinlərində insanlara bənzər unikal bir ünsiyyət mərkəzi var. Bu sinir mərkəzi həyəcan feromonlarını və ya digər qarışqalardan gələn "təhlükə siqnallarını" deşifrə etməyə xidmət edir. 

Maraqlıdır ki, qarışqa beyininin bu hissəsi əvvəllər tək bir feromona cavab vermək üçün bir çox beyin hissələrinə güvəndiyinə inanılan bal arıları kimi digər həşəratlara nisbətən daha ixtisaslaşmış ola bilər.

Rokfeller Universitetindən olan müxbir müəllif Daniel Kronauer bunu “qarışqanın beynindəki bütün panikaya səbəb olan həyəcan feromonlarının qidalandığı hissiyyat mərkəzi” kimi təsvir edir.

Tədqiqatçılar GCaMP adlı zülaldan istifadə edərək təhlükə siqnallarına məruz qalan klonal basqınçı qarışqaların beyin fəaliyyətini skan ediblər. Bu protein kalsium ionlarına bağlanaraq beyin fəaliyyətini parlaqlaşdırır. Yaranan flüoresan kimyəvi birləşməni bu iş üçün xüsusi olaraq uyğunlaşdırılmış yüksək ayırdetməli mikroskoplarda görmək olar.


Skanlar göstərdi ki, təhlükə siqnalları qarışqaların beyninin yalnız kiçik bir hissəsində fəaliyyətə səbəb olur. Buna baxmayaraq, qarışqalar ani və mürəkkəb reaksiyalar göstəriblər. Aparıcı tədqiqatçılar bu reaksiyaları "çaxnaşma reaksiyası" adlandırıblar. Bu cür davranışlara qaçmaq, yuvanı boşaltmaq və balalarını daha təhlükəsiz yerlərə köçürmək daxildir.

Qarışqalar feromonlar, səs və toxunma vasitəsilə əlaqə qururlar. Feromonlardan digər qarışqaların izləyə biləcəyi bir iz buraxmaq, adətən qida mənbələrinə doğru getmək, təhlükə siqnalı vermək və ya müxtəlif vəziyyətlərdə koloniyanı xəbərdar etmək üçün istifadə edirlər. Bəzi növlər ünsiyyət üçün səslərdən və ya fiziki hərəkətlərdən də istifadə edirlər.

Qarışqalar ətraf mühitdə çox mühüm rol oynayırlar. Onlar torpağın havalandırılmasına və üzvi maddələrin parçalanmasına, tozlanmaya kömək edir və xüsusi qarışqa rabitə sistemlərindən istifadə edərək digər həşərat populyasiyalarına təsir göstərə bilirlər.


Qarışqalar mürəkkəbliyinə görə bəzən insanlarla müqayisə edilən mütəşəkkil cəmiyyətlər meydana gətirdikləri quruluşlu müstəmləkə həyatları ilə diqqət çəkirlər.

Mənbə: Bilimoloji 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et