Bu gün:

Qiyabi təhsilin səviyyəsi- Təhsil eksperti ilə "1 sual, 1 cavab"


24media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki müsahibi elm və təhsil məsələləri üzrə tədqiqatçı Elçin Əfəndidir. O, qiyabi təhsilin səviyyəsi haqqında danışıb.

İndiki dövrdə Azərbaycan universitetlərində qiyabi təhsilin səviyyəsini necə qiymətləndirirsiniz?

-Ölkədə qiyabi təhsil, əyani təhsil ilə müqayisədə bir o qədər geniş yayılmayıb. Qiyabi təhsil, əsasən, işləyən vətəndaşlara, yəni əmək fəaliyyətinə başlamış şəxslərə, eyni zamanda müvafiq olaraq ailə həyatı qurmuş şəxslərə daha çox təhsil standartını təmin etmiş bir təhsil formasıdır. Amma qiyabi təhsil bir o qədər geniş vüsət almayıb. Yəni bütün universitetlərdə ixtisas boyu qiyabi təhsil yoxdur. Son dövrlər bəzi universitetlərdə qiyabi təhsil forması fəaliyyətə başlayıb. Bunun da səbəbi təbii ki, subbakalavrların ali təhsil mərkəzinə qəbulundan sonra bir neçə universtetlərdə, əsasən, özəl universitetlərdə qiyabi təhsil yaradılıb. Əgər qiyabi təhsildə əlverişli və ixtisaslı kadrların formalaşmasını istəyiriksə, burada müvafiq olaraq tədris keyfiyyəti mütləq artırılmalıdır. Belə halda, əlbəttə, qiyabi təhsilə olan maraq əvvəlki dövrlərə nəzərən arta bilər. Bu gün həm dövlət, həm özəl olmaq ilə bərabər 50-dən çox ali təhsil müəsssisəsi, eyni zamanda 50-55 ixtisas təhsil müəssisəsi var ki, burada təhsil alan tələbələrin çox cüzi hissəsini qiyabi formada təhsil alanlar təşkil edir. Dünyanın elə ölkələri var ki, qiyabi təhsilin keyfiyyəti yüksək olduğu üçün bu təhsilə üstünlük verirlər.

Xədicə Cabbarlı


Paylaş
Şərh əlavə et