Bu gün:

Bakıdakı tıxaclar- Ekspert “1 sual 1 cavab”a danışdı


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Nəqliyyat Eksperti Elməddin Muradlıdır. Ekspert Azərbaycandakı tıxaclarla bağlı danışıb.

-Azərbaycanda tıxacın azalması üçün hansı alternativləri təklif edirsiniz ?

-“Yol infranstrukturları inkişaf etdirilməlidir”,-deyə bir anlayış yoxdur.  Tıxacların qarşısının alınmasında əsaslı addım ictimai nəqliyyat vasitələrini inkişaf etdirməkdir, eyni zamanda bəzi yollarda edilən səhvləri aradan qaldırmaqla, yolların təmir olunması ilə bu problemi aradan qaldırmaq olar. Bu mövzuda geniş müzakirələr aparılsa da, fikirlər söylənilsə də bunlar yetərli deyil. Bu istiqamətlərdə müəyyən güzəştə, ciddi addımların atılmasına ehtiyac var, lakin ciddi- cəhdlə addımlar atılmır. İnsanlar şəxsi avtomobilləri yerinə daha çox ictimai nəqliyyatdan-avtobuslar, metrolardan istifadə etsələr tıxacın qarşısı alınmış olar. Yeni ictimai nəqliyyat vasitələrinin yaranmasına hazırda ehtiyac var, bu addımlar atıldıqda biz artıq inkşafı görəcəyik. Prezident İlham Əliyev tərəfindən nəqliyyatın vahid mərkəzdən idarə olunması üçün  “Nəqliyyatın əlaqələndirmə şurası” yaradılıb. Yaxın zamanlarda şura fəaliyyətə başlayacaq və geniş islahatlar aparılacaq. 24media qeyd edir ki, Bakıda ilk dəfə 7-ci Formula 1 Azərbaycan Qran Prisi 2023-cü il 28-30 aprel tarixlərinə təsadüf edəcək, təşkil olunacaq "Formula-1” üzrə Avropa Qran-prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub və nəticə etibari ilə yollarda tıxaclar daha da artıb. Xatırladaq ki, bu küçələrdə nəqliyyatın hərəkəti mayın 2-si, səhər saat 08:00-da tam olaraq bərpa olunacaq.

 Səadət Quliyeva


Paylaş
Şərh əlavə et