Bu gün:

Ali təhsil müəssisələrində qoyulan qaib limiti-Ekspert ilə "1 sual, 1 cavab"


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti Qoşqar Məhərrəmovdur.

Ali təhsil müəssisələrində tələbələrə qoyulan qaib limiti haqda nə düşünürsünüz?

-Mən hesab edirəm ki, humanitar fənlərdə davamiyyət məcburiyyəti olmamalıdır. Universitet müəllimləri "biz hələ buna hazır deyilik" deyə bilər. Əgər universitetlərdə tədris, təlim keyfiyyətini artırsaq, eləcə də keyfiyyətli imtahanlar olsa, tələbələr dərsə maraq göstərəcəklər və dərsə gələcəklər. Mən sizə Ankara Universitetinin hüquq fakültəsindən nümunə verirəm, illərdir ki, bu fakültədə davamiyyət məcburi deyil. Lakin auditoriya tələbələrlə dolu olur. Əslində, tələbə istədiyi vaxt dərsdən qala bilər. Amma tələbə yenə də gəlir.  Mühəndislik, laboratoriya dərsləri, praktiki dərslər üçün tələbələr mütləq gəlməlidir. Sadəcə mühazirə dinləmək üçün dərsə gəlmək köhnə dəbdir. Digər nümunə də Orta Doğu Teknik Universitetindən verirəm, orada ali riyaziyyat dərsi var, həmin dərsi fərqli müəllimlər tədris edir. Tələbələr də həmin müəllimlərdən birini seçir. Bu halda, bəzi müəllimlərin dərsində tələbə çox olur. Digər müəllimlərin dərsində tələbə sayı az olur. Artıq davamiyyət məcburiyyəti ortadan qalxır. Eyni təcrübəni yoxlamaq olar.

24media.az xatırladır ki, ənənəvi şəraitdə bir çox universitetlərdə tələbə semestr ərzində 25%-dən çox dərsləri buraxırsa, o, imtahanda iştirak hüququnu itirir.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et