Bu gün:

Binaların bərpası, yoxsa...- Memar ilə "1 sual, 1 cavab"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı memar Dilqəm İsmayılovdur.

-Azərbaycanda tarixi tikililərin, abidələrin, köhnə binaların yenidən bərpasını necə qiymətləndirirsiniz?

-Binalar, tarixi abidələr bərpa edilməlidir, əlbəttə, amma Azərbaycandakı kimi yox. Bizdə cəmi 5-6 bina normal bərpa edilib. Digərləri bərpa adı ilə əksinə, daha da bərbad günə qoyulub. Bərpa əvəzinə “evroremont” edilib, bayağı zövqsüz işlər görülüb.

Mən bir memar kimi, “bərpa edəcəyik” deyiləndə daha çox qorxuram. Çünki bərpa edəcəyik deyilirsə, həmin yer tam əksi olaraq dağılır.

24Media.az xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Bu maddənin 9-cu bəndinə əsasən, abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.

Səadət Quliyeva


Paylaş
Şərh əlavə et