Bu gün:

Azərbaycanda olan binaların durumu - Elçin Əliyev ilə '1 sual, 1 cavab'


24media.az-ın “1 sual, 1 cavab" rubrikasının növbəti qonağı memar Elçin Əliyevdir.

-Azərbaycanda köhnə və yeni tikililərin zəlzələyə dayanıqlığı barədə nə düşünürsünüz? 


-Bakının çox qədim memarlıq tarixi və ayrı-ayrı dövrlərdə tikilən memarlıq abidələri var. Şəhərin əksər hissəsində təxminən 120-150 il əvvəl tikilmiş, həndəsi naxışlardan, eləcə də bəzəklərdən ibarət çoxsaylı binalar yerləşir. Təəssüf ki, Sovet dövründə bu binalara qulluq olunmurdu, qeyri-qanuni eyvanlar əlavə olunurdu, hətta mənzillərin içində yeni planlaşdırma işləri təşkil edilirdi. Müstəqilliyimizi əldə etdikdən sonra həmin tikililərin əsaslı təmirinə başlayaraq konstruktiv monitorinq nəticəsində binaların yararlı hala salınmasına nail olmuşuq, amma hələ də ölkəmizdə qəzalı binaların sayı kifayət qədərdir. Çünki hazırda bütün diqqət Şuşa-Qarabağ istiqamətinə yönəldilib və Bakıdakı binalara lazımi diqqət göstərilmir. Düşünürəm ki, bu binaların siyahısı hazırlanmalı  və əsaslı təmir-bərpa işləri araşdırılmalı, həmin binada yaşayan əhaliyə də  bildirilməlidir. Avropa ölkələrində də görə bilərik ki, qədim tikililər bir neçə əsr yaşayır. Azərbaycanda isə belə tikililərdən biri Hacınskinin evidir. Həmin bina 10-15 il əvvəl əsaslı təmir olunduqdan sonra 12 metr geri çəkilmişdir, buna əsasən deyə bilərik ki, təmir-bərpa işləri aparılan qədim tikililər də zəlzələyə dayanıqlığını qoruyur. Bununla yanaşı, son 10 il ərzində ölkəmizdə tikilən müasir tikililərin tikintisi və layihələşdirilməsi ərzində işçilərlə yanaşı memarlara da Fövqəladə Hallar Nazirliyi tərəfindən ciddi nəzarət olunur. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, yeni binalar zəlzələyə dayanıqlı şəkildə tikilir.


Aytən Babaşova 

Paylaş
Şərh əlavə et