Bu gün:

Kurikulum nəyi dəyişdi? - Təhsil eksperti ilə "1 sual ,1 cavab"



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndidir. Ekspert kurikulumun təhsil sisteminə təsiri mövzusuna toxunub.

-Azərbaycan təhsil sistemində kurikuluma keçiddən sonra nələr dəyişdi?


-Kurikulum sisteminə keçid ölkəmizdə 2008, 2009-cu illərə təsadüf edir. Həmin illərdən kurikulum təhsil proqramı orta və ümumtəhsil məktəblərində tədris olunmağa başladı. 2019-cu ildə kurikulum proqramı əsasında şagirdlər 11-ci sinfi bitirdilər. 2019-cu ildə buraxılış və qəbul imtahanları kurikulum sistemi əsasında keçirildi. Artıq şagirdlər açıq tipli sualları cavablandırırdılar. İmtahan nəticələrinə əsasən, hələ də şagirdlər sözügedən sistemə  uyğunlaşa bilməyib. Bunu deməyə əsasımız var. Belə ki, yüksək bal toplayan şagirdlərin azlığı, açıq tipli suallarla işləməyin tam formalaşmaması, bəzən açıq tipli sualları cavablamaqdan imtina faktı buna əsasdır. Kurikulum şagirdlərdə müəyyən bilik və bacarıqların qiymətləndirilməsinin fərqli meyarda olmasına da təsir etdi. Ümumilikdə, kurikulum təhsil proqramı ideal bir proqram deyil. Kurikulumun mənfi tərəflərinin olması bunu deməyə əsas verir ki, qarşıdakı illərdə bu proqramdan imtina məqsədəuyğundur. Biz yeni modellərə üstünlük verməliyik, Məsələn, Finland, Sinqapur, İsrail modelləri. Biz şagirdin bilik və bacarıqlarına, yaradıcı təfəkkürün formalaşmasına üstünlük verməliyik. Bunun nəticəsində, cəmiyyətdə daha çox bilikli, savadlı şəxslər olar.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et