Bu gün:

Böyük Britaniyada ədalətsizlik qalmaqalı: günahsız şəxs illər sonra həbs olunub


Salfordda baş verən dəhşətli zorlanma hadisəsi üzrə 23 il sonra çıxarılan hökm, həm zərərçəkənin illərlə müdafiəsiz qaldığını, həm də günahsız bir şəxsin həbsə atıldığını ortaya qoyub.


Böyük Britaniyada ən sarsıdıcı məhkəmə səhvlərindən biri sayılan bu hadisə 20 ildən çox əvvəl, yay səhərinin alaqaranlığında başlayıb. Salford küçələrində təkbaşına təxminən beş mil yol gedən gənc qadın yolda müxtəlif şəxslərin təqibinə məruz qalıb.


O, avtomobillərin siqnal verməsi və fit çalınması ilə qorxu içində qalıb, bir müddət kolluqlarda gizlənməyə məcbur olub. Saat 04:26-da yatmaqda olan sevgilisinə mesaj yazaraq, “Çox qorxuram,” deyib, bir kişinin başına silah dirəyərək onu kolluqlara getməyə məcbur etdiyini bildirib.


Üç fərqli şəxsin təcavüzkar davranışına məruz qaldıqdan sonra, üçüncü şəxs tərəfindən qəddarcasına zorlanıb. Hücum o qədər amansız olub ki, qadın boğulma nəticəsində huşunu itirib. Onun sol yanaq sümüyü sınıb, sol döş ucu isə dişləmə nəticəsində qismən qopub.


Hadisədən sonra yaralı halda yola çıxmağa çalışan qadın huşunu itirə-itirə sürünərək kömək istəsə də, yoldan keçənlər onun fəryadlarına məhəl qoymadan uzaqlaşıb.


2003-cü ildə baş verən bu dəhşətli hadisə zamanı zərərçəkən qadın lazımi dəstəyi ala bilməyib və sonrakı illərdə də ədalət sistemində ardıcıl uğursuzluqlarla üzləşib. Bu iş üzrə qəbul edilən qərarlar isə həm istintaqın, həm də məhkəmə prosesinin ciddi suallar doğurduğunu göstərib.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et