Bu gün:

İspanyada həkimlər yeni qərara etiraz ediblər


İspaniyada səhiyyə sektorunda ciddi narazılıq yaranıb. Ölkə üzrə həkimlər Səhiyyə Nazirliyinin hazırladığı yeni iş qərarına etiraz ediblər. Bu narazılıq iki günlük ümummilli tətil ilə ifadə olunub.

Nazirlik təxminən 20 ildir qüvvədə olan əmək şərtlərində dəyişiklik nəzərdə tutan sənədi təsdiqləyib. Ölkə üzrə 16 səhiyyə təşkilatı bu qərara etiraz edərək iş buraxma aksiyasına başlayıb. Həkimlər növbə müddətləri, əməkhaqları, iş saatları, erkən pensiya hüququ və peşə kateqoriyalarında dəyişiklik tələb ediblər. Səhiyyə Nazirliyi indiyədək aparılan danışıqlarda alternativ iş qərarını qəbul etməyib. Buna baxmayaraq, həkimlər tələblərindən geri çəkilmədiklərini bildiriblər. Tətil çərçivəsində Madrid, Barselona və digər şəhərlərdə kütləvi etiraz aksiyalarının keçirilməsi gözlənilir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova






Paylaş
Şərh əlavə et