Bu gün:

Ashley Tisdale açıqlaması


Müğənni və aktrisa Ashley Tisdale üzvü olduğu, lakin sonda ayrılmaq qərarı verdiyi “toksik analar qrupu”nun ona yaşatdığı emosional çətinliklərdən və bu səbəbdən “göz yaşı tökdüyündən” danışıb.

ABŞ-lı aktrisa Disney Channel-da uşaq ulduz kimi məşhurlaşmış, daha sonra isə High School Musicalfilmlərində Sharpay Evans obrazı ilə tanınmışdı. Hazırda 40 yaşında olan Tisdale 2021-ci ildə ilk qızını dünyaya gətirdikdən sonra “analar kəndi” adlandırdığı dəstək qruplarının faydalarından bəhs etmişdi.


Lakin onun sözlərinə görə, bir neçə məşhurun da daxil olduğu həmin qrupun zamanla dəyişən dinamikası ona orta məktəbdəki klikləri xatırladıb və xüsusilə həssas bir dövrdə özünü “donmuş” və kənarlaşdırılmış hiss edib.


Əri Kristofer Frençdən iki azyaşlı qızı olan Tisdale, mövzu ilə bağlı şəxsi bloq yazısından uyğunlaşdırılmış məqaləsində The Cut üçün açıqlamalar verib. O bildirib ki, “ana qruplarının necə zəhərli hala gələ biləcəyi” mövzusunda yazdığı bloq yazısı telefonunun mesajlarla dolmasına səbəb olub və oxşar təcrübələr yaşayan çoxlu qadın ona yazıb.


Aktrisa qrupdakı bəzi anaların onsuz sosiallaşmağa başladığını, birlikdə qatıldıqları tədbirlərdə isə aralarındakı məsafənin getdikcə artdığını hiss etdiyini deyib.

“Özümü qrupun xaricində, donmuş kimi hiss etməyə başladım. Hər cəhətdən kənarlaşdırıldığımı düşünürdüm”, – deyə Tisdale bildirib.


O, daha əvvəl qrupda “tez-tez daxil edilməyən başqa bir ana” ilə bağlı müşahidə etdiyi qəribə dinamikanın sonradan özünə yönəldiyini də qeyd edib:

“Bu qrupun kimisə kənarda qoymaq kimi bir nümunəsi var idi və növbə mənə çatdı.”


Bu münasibətlərin ona illər əvvəl geridə qoyduğunu düşündüyü xoşagəlməz, lakin tanış hissləri yenidən yaşatdığını deyən Tisdale, bəlkə də “kifayət qədər sərin” olmadığını düşündüyünü əlavə edib.


Nəticədə aktrisa qrupla əlaqəni kəsmək qərarı verib və üzvlərə mesaj göndərib:

“Bu mənim üçün həddindən artıq orta məktəb havasındadır və artıq bunun bir parçası olmaq istəmirəm.”


O, bu mesajın “tam olaraq yaxşı qarşılanmadığını”, lakin bəzi anaların sonradan münasibətləri düzəltməyə çalışdığını bildirib.

“Aydın olsun deyə, mən bu anaları pis insanlar hesab etmirəm (bəlkə də biri istisna olmaqla), amma qrup dinamikasının mənim üçün sağlam və müsbət olmadığını düşündüm”, – deyə əlavə edib.


Tisdale oxucuları yazıda kimləri nəzərdə tutduğunu təxmin etməməyə çağıraraq vurğulayıb:

“Düzgün olduğunu düşündüyünüz ehtimal heç də yaxın deyil.”


O, digər qadınlardan aldığı rəylərin də bunu göstərdiyini deyib:

“Mən, üzvlərinin bir-birini ayaqda saxlamalı olduğu bir qrup tərəfindən ağladılan yeganə ana deyiləm.”


https://www.bbc.com/news/articles/c4g09l286e2o


Tərcümə edən: Aişə Əlizadə 

Mənbə: BBC 

Paylaş
Şərh əlavə et