Bu gün:

"30-40 yaş insanlarda ürək qan-damar xəstəliyi geniş yayılıb" - Şəmşir Vəliyevlə 1 sual 1 cavab


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı İnvaziv kardioloq Şəmşir Vəliyevdir. Kardioloqa ürək xəstəlikləri haqda sual ünvanladıq.


 -Azərbaycanda ürək qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayında dəyişiklik varmı?


-Son 5 ilə qədər 50 yaş insanlarda ürək qan-damar xəstəliyi geniş yayılmışdısa bu cavan yaş sayılırdı. Lakin hazırda  30-40 yaş insanlarda bu xəstəlik olduqca geniş yayılıb. Əsasən, ürək qan-damar xəstəlikləri irsən keçir. Ata və anada bu xəstəlik varsa, övlada keçmək ehtimalı yüksəkdir. Həmçinin, şəkərli diabet, arterial hiporteniya kimi xəstəliklər olduqda bu risk daha da yüksəlir.  Bir sıra amillər insanlarda ürək qan-damar xəstəliklərinin artmasında böyük rol oynayır. Bunlardan gənclər arasında geniş yayılmış qəlyan, oturaq həyat tərzi, stress, günlük alkaqol istifadəsi, energetik içkilər, tütün, elektron siqaret və bu kimi digər zərərli maddələr böyük əhəmiyyət kəsb edir.


Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə cari ilin yanvarında  901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68 faizinə bərabərdir.

Son illərdə Azərbaycanda bir çox ictimai fiqurlar da məhz bu xəstəlikdən ölüb. Belə ki, din xadimi Hacı Şahin Həsənli, Azərbaycanın sabiq Baş naziri Fehruz Mustafayev, “MilliÖn” şirkətinin sabiq direktoru Samir Şirinov, "Bəxt üzüyü" filmindəki Sevda rolu ilə tanınan azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova da ürək qan-damar xəstəliklərindən vəfat edib.



Səadət Quliyeva


Paylaş
Şərh əlavə et