Bu gün:

İranda kütləvi etirazlar nəticəsində ölənlərin sayı açıqlanıb


Reuters agentliyinin adı açıqlanmayan İran rəsmisinə istinadən verdiyi məlumata görə, İranda kütləvi etirazlar zamanı təxminən 2000 nəfər ölüb. Rəsmi mülki şəxslərin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölümündə "terrorçuları" günahlandırıb.

Hesabatda deyilib ki, İrandakı etirazlar zamanı təxminən 2000 nəfər ölüb.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bir müddət əvvəl bildirib ki, Avropa İttifaqı İranda nümayişləri yatıranlara qarşı yeni sanksiyalar hazırlayıb. O, etirazçılar arasında ölənlərin sayının artmasına qarşı çıxıb.

Bundan əvvəl, İranın Moskvadakı səfirliyi etirazlar zamanı həlak olan vətəndaşların xatirəsinə yas tutmaq üçün dövlət bayrağını endirib. Ölkə hakimiyyəti iğtişaşları "ABŞ və İsrailə müqavimət" adlandıraraq 11 yanvar tarixini matəm günü elan edib. Bundan başqa, İrandakı böhran fonunda xaricdən terror əməliyyatlarının əlaqələndirilməsi barədə məlumatlar yayıldıqdan sonra xarici işlər naziri Abbas Əraqçi ölkədə internet məhdudiyyətlərinin tətbiq edildiyini diqqətə çatdırıb. 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi iddia edib ki, İsrail və ABŞ qırğınlarda iştirak etmək üçün İŞİD terrorçularını ölkəyə göndərib. 

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et