Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib.

24media.az xəbər verir ki, “Yeni il möcüzəsi” adlı tədbirə uşaq evləri və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid övladları dəvət ediliblər. Şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva da iştirak ediblər.
“Gülüstan” sarayında keçirilən tədbirdə uşaqlar nağıl qəhrəmanları ilə qarşılanıb, əyləncəli proqramlar, səhnəciklər və musiqi nömrələri təqdim olunub.
Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
Talehə Hüseynzadə
