Rusiyanın Xarkov şəhərinə idarə olunan aviabombalarla endirdiyi zərbə nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

24media.az Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun “Telegram” kanalında verdiyi məlumata görə bildirir ki, hücumun hədəfi yalnız mülki yaşayış infrastrukturu olub. Bombalanan ərazidə hərbi obyekt yerləşməyib, burada yaşayış binaları və təhsil müəssisəsi mövcud olub.
Hücum nəticəsində üç nəfər qəlpə yarası alıb. Yaralananlar arasında 9 aylıq körpə qızın da olduğu bildirilir. Zərərçəkənlərə tibbi yardım göstərilib.
Talehə Hüseynzadə
