Bu gün:

Zelenski Trampla görüşəcək


Ukrayna Prezidenti Volodımır Zelenski ABŞ-nin Florida ştatında keçən həftə sonu, bazar günü ABŞ-nin prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.Görüşdə Rusiyanın işğalına son qoymaq məqsədilə ABŞ tərəfindən hazırlanan 20 bəndlik sülh planı və Ukraynanın təhlükəsizliyinə dair ayrıca təkliflər müzakirə olunacaq.

Zelenski və Trampın son görüşü keçən ilin oktyabrında Ağ Evdə baş tutub.Ukrayna lideri danışıqların davam etdiyini və irəliləyiş gözlədiyini bildirib.

Eyni zamanda, Kremlin sözcüsü Prezident Vladimir Putinin baş köməkçisinin ABŞ rəsmi şəxsləri ilə telefon danışıqları apardığını və Rusiyanın danışıqları davam etdirməyə sadiq olduğunu bəyan edib. Rusiya tərəfi danışıqlarda "yavaş, lakin sabit irəliləyişdən" danışsa da, Zelenskinin Donbas regionundan qoşunlarını çıxarmaq təklifi ilə bağlı rəsmi şərh verməyib.

Məlumata görə, Ukrayna tərəfi Rusiya da öz qoşunlarını geri çəksə, Şərqi Donbasdakı bəzi ərazilərdən geri çəkilməyi təklif edib. Bu təklif hələ rəsmiləşdirilməyib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et