Bu gün:

Putin pulsuz təhsilin genişləndirilməsinin tərəfdarı olub


Rusiya Prezidenti Vladimir Putin universitetlərdə pulsuz təhsilin genişləndirilməsini dəstəkləyib. Eyni zamanda, TASS-ın məlumatına görə, dövlət başçısı ödənişli təhsilə qarşı çıxıb. Bu məsələ Dövlət Şurasının iclasında müzakirə olunub.

Dövlət başçısı vurğulayıb ki, "Dövlət tərəfindən maliyyələşdirilən təhsil imkanlarını genişləndirməliyik, amma pullu mühəndislik təhsilini tamamilə qadağan etməliyikmi?"

Dövlət Şurasının iclasında Putin ən pis göstəricilərə malik 100 təhsil müəssisəsinin illik siyahısını tərtib etməyi tövsiyə edib. Lider qeyd edib ki, bu tədbir həmin müəssisələrə vəziyyətlərinin yaxşılaşdırılması üçün ünvanlı yardım göstərəcək.

Putin daha əvvəl Rusiyanın əsas prioritetlərindən birini də müəyyən edib. Prezident peşəkar kadrların hazırlanmasının ölkənin inkişafında əsas amil olduğunu qeyd edib. Lider bu sahəni strateji əhəmiyyət kəsb edən sahə hesab edib.


Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et