Zelenski bildirib ki, amerikalılarla razılaşdırılan 20 bənd NATO üzvlüyünü əks etdirən təhlükəsizlik zəmanətləri təqdim edir.
Ukraynanın prezidenti Volodimir Zelenski Rusiyaya Ukrayna qoşunlarının şərqdən geri çəkilməsi və onların yerində tərəfsizləşdirilən zona yaradılması potensialını təklif edən yenilənən sülh planının təfərrüatlarını açıqlayıb.
Həftəsonu Floridada ABŞ və Ukrayna nümayəndələri tərəfindən razılaşdırılan 20 bəndlik planı izah edən Zelenski amerikalılar ruslarla danışdıqdan sonra onların çərşənbə günü cavab verməsini gözlədiyini bildirib.
Planı "müharibəni bitirmək üçün əsas çərçivə" kimi təsvir edən prezident bildirib ki, burada Rusiya yenidən Ukraynaya hücum etdikdə koordinasiya edilən hərbi cavab üçün ABŞ, NATO və Avropalılar tərəfindən təhlükəsizlik zəmanətləri nəzərdə tutulur.
Ukraynanın şərqindəki Donbas bölgəsinin gələcəyi ilə bağlı əsas suala cavab olaraq Zelenski "pulsuz iqtisadi zona"nın potensial variant ola biləcəyini ifadə edib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
