Fransanın aparıcı pərakəndə ticarət qruplarından biri olan “Galeries Lafayette” Parisin mərkəzində yerləşən məşhur “BHV Marais”univermağını satmaq qərarına gəlib. Bu addım lüks və premium pərakəndə bazarında gedən struktur dəyişikliklərinin bariz göstəricisi kimi qiymətləndirilir.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, satış qərarı biznesin yenidən fokuslanması və əsas fəaliyyət istiqamətlərinin gücləndirilməsi strategiyasının tərkib hissəsidir. Son illərdə alıcı davranışlarının dəyişməsi, onlayn satışların artması və xərclərin optimallaşdırılması zərurəti iri pərakəndə şəbəkələri portfellərini yenidən nəzərdən keçirməyə məcbur edir.
"BHV Maraisuzun" illərdir Parisin ən tanınmış univermaqlarından biri hesab olunur və həm yerli sakinlər, həm də turistlər üçün mühüm alış-veriş məkanı olub. Buna baxmayaraq, ekspertlər qeyd edirlər ki, ənənəvi univermaq modeli hazırda ciddi dəyişiklik mərhələsindən keçir.
Mütəxəssislərin fikrincə, bu satış lüks pərakəndə sektorunda konsolidasiya və yenilənmə prosesinin bir hissəsidir. Brendlər daha çevik formatlara, təcrübə yönümlü mağazalara və rəqəmsal kanallara üstünlük verməyə başlayır.
Satışın maliyyə detalları və alıcı tərəf barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Lakin bazar iştirakçıları bu qərarın Avropa pərakəndə ticarətində yeni tendensiyaların formalaşmasına təsir göstərəcəyini düşünürlər.
Mənbə: profashion.ru
Tərcümə etdi: Şehrin Musayeva
