Hindistanda 23 dekabr tarixi ənənəvi olaraq Milli Kənd Təsərrüfatı Günü (Kisan Diwas) kimi qeyd olunur. Bu gün ölkənin kənd təsərrüfatı sektorunda çalışan milyonlarla fermerin əməyinə və iqtisadiyyata verdiyi töhfəyə həsr edilib.
Milli Kənd Təsərrüfatı Günü Hindistanın beşinci Baş naziri olmuş Çaudhary Çaran Sinxin doğum gününə təsadüf edir. O, fermerlərin hüquqlarının müdafiəsi və kənd təsərrüfatının inkişafı istiqamətində apardığı islahatlarla tanınır.
Bu münasibətlə ölkənin müxtəlif bölgələrində seminarlar, kənd təsərrüfatı sərgiləri, maarifləndirici proqramlar və fermerlər üçün dövlət dəstəyi mexanizmlərinə dair müzakirələr təşkil olunub. Rəsmi şəxslər çıxışlarında ərzaq təhlükəsizliyi, iqlim dəyişikliklərinin təsiri və kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, kənd təsərrüfatı Hindistan iqtisadiyyatının əsas dayaqlarından biri hesab olunur və ölkə əhalisinin böyük bir hissəsi bu sahədə çalışır. Milli Kənd Təsərrüfatı Günü fermerlərin sosial rifahının yaxşılaşdırılmasına diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Mənbə: Economic Times
Tərcümə etdi: Zəhra Məlikova
