Bu gün:

Lotereyadan 100.000 dollar qazanan qadın


Dekabrın 22-si ABŞ-nin Merilend ştatının Randallstown şəhərində yaşayan qadın maraqlı strategiyası sayəsində böyük uduşa sahib olub. O adətən lotereya oynayarkən yeni açılmış bilet dəstəsindən ilk 10 bileti almağa üstünlük verib.

Bu dəfə də qadın Randallstown şəhərində, Old Court Road üzərində yerləşən “Pantry One” adlı ərzaq mağazasından yeni açılmış “Red 5’s Doubler” adlı sil-qazan biletlərindən 10 ədəd alıb. Biletləri aldıqdan dərhal sonra mağazadakı skaner vasitəsilə yoxlayan qadın onlardan birinin udan bilet olduğunu görüb. Lakin skaner uduşun məbləğini göstərməyib. Daha sonra bilet mağaza satıcısına təqdim edilib və həmin biletin 100 min dollar qazandırdığı məlum olub.

Qadın bildirib ki, bu pul ona rahat şəkildə təqaüdə çıxmaq və eyni zamanda xeyriyyə işləri ilə məşğul olmağa davam etmək imkanı verəcək.

Mənbə: Upi news 

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et