Bu gün:

"Yollarda sürət həddinin dəyişdirilməsi nəyə səbəb olacaq?" — Aslan Əsədov ilə "1 sual 1 cavab"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti qonağı nəqliyyat eksperti Aslan Əsədovdur.Ekspertə yollarda sürət həddinin dəyişdirilməsinin nəyə səbəb olacağı haqqında sual verdik.


—Yollarda sürət həddinin dəyişdirilməsi nəyə səbəb olacaq ?

—  Bakıda yollarda sürət həddinin dəyişdirilməsi tıxac və son vaxtlarda baş verən nəqliyyat hadisələri ilə bağlı verilmiş bir qərardır. Sürət həddi Bakı Nəqliyyat Agentliyi və bir neçə dövlət qurumu ilə razılaşdırılaraq bəzi küçə və prospektlərdə dəyişdirilib. Burada başlıca məqsəd müəyyən beynəlxalq praktikalardan yararlanaraq bunu şəhər küçələrində tətbiq etmək və dayanıqlı, orta sürət həddinin seçilməsi ilə insanların tıxaclara nəzarət mərhələsidir.  Bu isə insanlar tərəfindən birmənalı qarşılanmır. Bir sıra küçə və prospektlər var ki,həmin yerlərdə həm pik, həm də pik olmayan vaxtlarda tıxaca düşmək olur. Düşünürəm ki, bir müddət sonra həmin küçələrin daimi sürət agentalına qaytarılması vacibdir və gələcək qərarlarda öz əksini tapacaqdır. Hazırki vəziyyətdə isə bu siyahıya yenidən baxmaq və genişləndirmək lazımdır. Çünki, həqiqətən də, bəzi şəhərdaxili küçələr var ki, orada sürət 50 km/s olmalıdır. Bu tıxacdan da əlavə şəhərdə təhlükəsizliyə dəstək olacaqdır.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi (BNA)  bu ilin martında şəhər ərazisində ən çox qəzaların baş verdiyi küçələrdə sürəti endirməyi qərara alıb. Ümumilikdə, 14 küçə və prospektdə sürət həddi aşağı salınıb.

“Statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapmışdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaqdır. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq”, - BNA-nın rəhbəri Vüsal Kərimli bildirib

Gülay Orucova

Paylaş
Şərh əlavə et