Zelenski: “Biz dünyanın ikinci ən böyük ordusunu dayandırdıq”

Zelenski: “Biz dünyanın ikinci ən böyük ordusunu dayandırdıq”

Rusiya-Ukrayna müharibəsinin 100-cü günündə Ukrayna prezidenti Volodimir Zelenski proseslər barədə açıqlama verib.

24Media xəbər verir ki, Zelenski Rusiyanın hücumlarını davam etdirdiyi 100 gün ərzində heç bir hədəfinə çata bilməyəcəyini qeyd edib.

"Mübarizəmizin 100-cü günü. 100 gündür qorxmayan bir ruh. Bu müddət ərzində düşmən heç bir strateji məqsədə nail ola bilmədi. Yenə də zəifliyini mülki infrastruktura və insanlara keçirdi. Ukrayna heç kimin bacara bilməyəcəyini etdi. Bu 100 günlük müddətə inanırıq. Dünyanın ikinci ən böyük ordusunu dayandırdıq. Biz onun bir hissəsini geri aldıq və düşməni dəf etməyə davam edirik. Ukraynanı yaşadan və onu müdafiə etməyə davam edən hər kəsə təşəkkür edirik. Qələbə bizimdir", - deyə Ukrayna dövlət başçısı bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, hərbi əməliyyatların məqsədi Donbass bölgəsində xalqı qorumaqdır.

D.Peskov: "Əməliyyatın əsas məqsədi Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasında insanların müdafiəsidir. Onların müdafiəsi üçün tədbirlər görülür və bu sahədə müəyyən nəticələr əldə olunub. Dinc həyatın qurulmasına keçid işə salınıb. Bu əməliyyat bütün məqsədlər əldə olunana qədər davam edəcək”.

Lətif İsmayılov