Yerdə yer yoxdur, yollar Marsa!

Yerdə yer yoxdur, yollar Marsa!

Fevralın 18-də NASA-nın "Mars 2020" missiyası çərçivəsində Mars planetinə "Perseverance" roveri eniş etdi. NASA yad bir planetdə ilk uçuşu uğurla həyata keçirtdi.

24Media xəbər verir ki, missiyanın məqsədi Marsda qədim yaşayış izlərini tapmaq, torpaq və çöküntü nümunələri toplamaq, planetin iqlim şəraitini öyrənməkdir.

Roverə NASA-nın "Name the rover" (Roveri adlandır) adlı təşkil etdiyi inşa yarışmasında qalib gələn məktəbli Aleksandr Matherin inşasının adı verildi.

"Perseverance" roveri 1 helikopterdən, 2 mikrofondan, 20-dən çox kameradan və lazerdən ibarət cihazdır. Uzunluğu 2.9 metr, eni 2.7 metr, hündürlüyü isə 2.2 metr təşkil edir. Eyni zamanda rover MOXIE adlı cihazla da təmin edilmişdir. MOXIE (Mars Oxygen In-Situ Resource Utilization Experiment) karbon-dioksid qazını oksigenə çevirən cihazdır. Gələcəkdə Marsda qurulacaq düşərgələrdə oksigen tədarükünü təmin etmək üçün istifadə olunması nəzərdə tutulub.

NASA bu roverə 2.8 mlrd. dollar pul xərcləyib. Uçuş 7ay çəkdi və NASA-nın hesabladığı kimi, rover 18 fevral 2021-ci ildə Mars planetinə uğurla eniş etdi.

Məşhur astronavt Skott Kelli "Perseverance" roverinin uğurlu enişinə münasibət bildirib: ""Perseverance" sayəsində biz sərhədsiz nailiyyətlər əldə edə bilərik, hətta təyinat nöqtəmiz çox uzaqda, Marsda olsa belə!"

Artıq son illərdi ki, NASA "Send your name to Mars" (Adını Marsa göndər) kampaniyasını həyata keçirir. Belə ki, onlayn qeydiyyatdan keçən şəxslərə onlayn bilet verilir və Marsa göndəriləcək kosmik gəmilərdəki çiplərə həmin şəxslərin adları yazılır. Yeni kampaniyadan anlaşılan odur ki, növbəti missiya 2026-cı ildə olacaq.