Yeni trend uşaqları xəstəxanalıq etdi

Yeni trend uşaqları xəstəxanalıq etdi

Gənclər arasında populyarlaşan "TikTok" tətbiqinin yeni trendi bir çox uşağın İngiltərədə xəstəxanaya yerləşdirilməsinə səbəb oldu.

24Media xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidmətindən verilən məlumatda, "TikTok" tətbiqində pirsinqə bənzəyən super maqnetik topları udan ən azı 65 uşağın  təcili əməliyyata alındığı bildirilib.

Qeyd edək ki, super maqnit topları bağırsaqların müxtəlif yerlərindən bir-birlərini güclü şəkildə cəzb edir və bağırsaq, eləcə də qan damarlarınının deşilməsi ilə nəticələnir. Bağırsaq toxumasının deşilməsi isə nekroza (toxuma ölümü) səbəb olur.

İngiltərə Milli Səhiyyə Xidmətindən verilən digər bir açıqlamada;

"Bu kiçik maqnit toplar oyuncaq olaraq satılır və bu yaxınlarda "TikTok"-da gənclər tərəfindən saxta dil pirsinqləri kimi istifadə olunur”,-deyə bildirilib.

Açıqlamada sözügedən maqnit toplarının qadağan edilməsi tələb edilib.