Yeni media ilə bağlı onlayn təlimlər başa çatıb

Yeni media ilə bağlı onlayn təlimlər başa çatıb
Yeni media ilə bağlı onlayn təlimlər başa çatıb

"Media Könüllüləri-145" layihəsi çərçivəsində "Yeni Media" ilə bağlı onlayn təlimlər başa çatıb.

24Media xəbər verir ki, iştirakçılarla görüşdə layihənin son təlimçisi  Dr.Öğr.Üyəsi Yəlda Şənkal "İctimaiyyətlə əlaqələr və media dəyişim" mövzusunda seminar keçib. Sonda iştirakçıların sualları cavablandıırlıb.
Bundan öncəki təlimlərdə  Dr.Öğr.Üyəsi. Özləm Kələş "Yeni media və Rəqəmsal Media Planlama" barədə, Dr. Öğr. Üyəsi. Zəliha Ocak isə "Yeni media və Jurnalistikanın dəyişimi"nə dair nəzəri və praktik biliklərini iştirakçılarla bölüşüblər. 

Təlimlərdə 20 dövlət qurumu və 20 media qurumunda SMM işini həyata keçirənlər, eyni zamanda, BDU – nun Jurnalistika fakültəsinin tələbələri iştirak edib. 

Qeyd edək ki, "Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri  Milli mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. Layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə birgə icra olunan bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir.