Yaponiyada tanınmış sənətçi pandemiyadan öldü

Yaponiyada tanınmış sənətçi pandemiyadan öldü

Yaponiyanın tanınmış komediya ustası Ken Şimura koronavirusdan ölüb.

24 Media xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi pandemiyadan ölən ilk yaponiyalı məşhurdur. 

70 yaşlı komediya ustası martın 20-də test sınağından keçib və nəticə müsbət olub.

Məlumata görə, Yaponiyada 2 578 nəfər koronavirus daşıyıcısıdır. Onların 712 nəfəri səyahət gəmisindədir. 

Son sutkada ölkə paytaxtı Tokioda 68 yoluxma faktı qeydə alınıb. Ümumilikdə, bu şəhərdə 430 nəfər infeksiyaya yoluxub.