Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb

Yaponiyada sənaye istehsalı son 7 ilin minimumuna düşüb

COVID-19 pandemiyası fonunda Yaponiyada sənaye istehsalı 2020-ci ilin may ayında öncəki ayla müqayisədə 8,4% azalıb.

24Media xəbər verir ki, bu barədə TASS hökumətin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu göstərici 2013-cü ilin yanvar ayından bəri ən aşağıdır.

İşsizlərin sayı da rekord dərəcədə artıb. Bir aya artım 330 min nəfər təşkil edib, ölkə üzrə ümumi işsiz sayı isə 2 milyona çatıb. Bu, son üç ilin ən yüksək göstəricisidir.

Daha əvvəl Yaponiya şirkətləri 2020-ci ilin ilk rübünün onlar üçün son 10 ildə ən pis dövr olduğunu bildirmişdi. “Fitch” reytinq agentliyi ölkənin ÜDM-inin il yekununda 5% azalacağını proqnozlaşdırıb. Pandemiya ilə mübarizə üçün tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən əziyyət çəkən əhalini və ölkə iqtisadiyyatını dəstəkləmək üçün Yaponiya hökuməti 1 trilyon ABŞ dolları dəyərində antiböhran paketi hazırlayıb.