Yaponiya və ABŞ raket buraxılışı ilə bağlı birgə təlimlər keçiriblər

Yaponiya və ABŞ raket buraxılışı ilə bağlı birgə təlimlər keçiriblər

Yaponiya və ABŞ Yapon dənizində ballistik raketlərin buraxılışı ilə bağlı informasiya mübadiləsi üzrə birgə təlimlər keçiriblər.

24Media xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilir. Təlimlərdə Yaponiyanın “Konqo” esminesinin və ABŞ hərbi-dəniz qüvvələrinin iki gəmisinin iştirak etdiyi qeyd olunur. Tərəflərin təlimlər zamanı birgə fəaliyyəti gücləndirmək üçün bir sıra taktiki tapşırıqların həyata keçirdiyi bildirilir.

Bununla yanaşı, cari həftədə ABŞ və Yaponiya hərbi qüvvələrinin Yapon dənizində keçirdiyi təlimlərə “Avraam Linkoln” aviadaşıyıcı gəmisinin qatıldığı da qeyd edilir. Həmin təlimlərə Yaponiyanın F-2 qırıcı təyyarələrinin qatıldığı bildirilir. Həmin təlimlərin Şimali Koreyanın raket buraxılışları fonunda təşkil edildiyi qeyd olunur.

Əlavə olaraq qeyd edək ki, Şimali Koreya cari ilin əvvəlindən ondan çox raket sınağı keçirib.