XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

“Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək”.

24Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət etmişdi. Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”, - XİN rəsmisi bildirib.

Qeyd edək ki, F.İsmayılovun nəşi bu gün Vətənə gətirilib. O, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.