Xalq artisti xəstəxanaya yerləşdirilib

Xalq artisti xəstəxanaya yerləşdirilib

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

24Media xəbər verir ki, o, açıqlamasında səhhətinin normal olduğunu bildirib.

“Mən artıq uzun müddətdir ki, xəstəxanada müalicə alıram. Axşamlar isə evə gedirəm”.

Qeyd edək ki, ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər Xalq artistinin xəstəxanaya yerləşdirildiyini bildirib.