Xalq artisti Əjdər Həmidov vəfat edib

Xalq artisti Əjdər Həmidov vəfat edib

Xalq artisti Əjdər Həmidov vəfat edib.
Bu barədə 24Media-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
O, aktyorun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.
Qeyd edək ki, aktyor bir sıra tamaşa və kinolarda uğurlu obrazları ilə yadda qalıb.