Xəfif cücərtilər Qarabağa daha da gözəllik qatıb

Xəfif cücərtilər Qarabağa daha da gözəllik qatıb
Xəfif cücərtilər Qarabağa daha da gözəllik qatıb
Xəfif cücərtilər Qarabağa daha da gözəllik qatıb

"Sevindiricidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Zəngilanda ilk dəfə səpilmiş bu toxumların artıq pöhrələrini görürük".

24Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

" "Yaşıl Marafon" kampaniyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağac əkərək zəhməti keçən hər kəsə - dövlət qurumlarının nümayəndələrinə, könüllülərə, o cümlədən ağacəkmə tədbirində iştirak edən, işıqlandıran media nümayəndələrinə dərin təşəkkürlərimizi bildiririk. 

Qürurlanırıq ki, gözəl Qarabağımızın uzun həsrətdən sonra ayaq basdığımız torpaqları bu xırda fidanlarla, xəfif cücərtilərlə çəmənzara çevrilir və Qarabağın gözəlliyinə gözəllik qatılır."

Xatırladaq ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu yaz mövsümündə Zəngilanda 2500-dən çox ağac əkilib, 200 kq-dan artıq toxum səpilib.