“WhatsApp”da yeni funksiya olacaq

“WhatsApp”da yeni funksiya olacaq

“WhatsApp” mesencerində paylaşılan təsvirləri avtomatik silən yeni funksiya tətbiq olunacaq.

24Media  “WABetaInfo”ya istinadən xəbər verir ki, təsvirin ilkin baxılması pəncərəsində mətn yerinin yanında yaradılacaq yeni düymə vasitəsilə istifadəçi təsviri paylaşa bilər və həmin istifadəçi şəbəkədən çıxan kimi sözügedən təsvir silinir.

Təsviri alan istifadəçi isə silindiyi barədə ismarıc alır.

Mesencerin “Android” və “iOS” üçün növbəti yeni versiyalarının birində tətbiq olunacaq yeni funksiya çərçivəsində həmçinin bəzi təsvirlərin saxlanması və ötürülməsi qadağan olunur.