“WhatsApp”da yeni funksiya işə salınır

“WhatsApp”da yeni funksiya işə salınır

“Facebook” “WhatsApp” mesajlarına aid olan mübadilə üçün proqram platformasında elektron ödənişlər xidmətinin işə salınmasına başlayıb.

24Media TASS-a istinadən xəbər verir ki, bu barədə “Facebook” şirkətinin banisi və rəhbəri Mark Zukerberq bildirib. 

O, qeyd edib ki, proqramın yeni imkanlarını ilk olaraq Braziliyadan olan istifadəçilər qiymətləndirəcəklər.

"Bu gün biz Braziliyada “WhatsApp” istifadəçiləri üçün ödənişlərin işə salınmasına başlayırıq. Göndərilmə və pulun alınması sadə olacaq. Biz həmçinin kiçik bizneslərə birbaşa “WhatsApp”da satışları həyata keçirməyə icazə verəcəyik", - o, özünün “Facebook” səhifəsində yazıb.

Yeni funksiyanın reallaşdırması ötən ilin noyabrında elan edilmiş “Facebook Pay” onlayn ödənişlər sistemi əsasında həyata keçiriləcək.