“WhatsApp”a yeni özəllik gəlir

“WhatsApp”a yeni özəllik gəlir

"WhatsApp"a üç yeni xüsusiyyət gəlir.

24Media xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma tətbiqi olan "WhatsApp" istifadəçilərə yeni özəlliklər təqdim etməyə hazırlaşır. 

"WhatsApp" tətbiqin istifadəsini asanlaşdırmaq və problemləri daha sürətli həll etmək üçün Android və iOS istifadəçiləri üçün 3 yeni xüsusiyyət əlavə edəcək.

QR kodu ilə dostlar əlavə olunur:

İstifadəçilər tezliklə "WhatsApp"da QR kodu əlavə edə biləcəklər. Bu xüsusiyyət sayəsində QR kodları istifadəçilərin telefon nömrələrini saxlamaq ehtiyacını aradan qaldıracaq. Çünki "WhatsApp" avtomatik olaraq bu kodlarla əlaqələrinizə yeni bir insan əlavə edəcək.

Konfrans xüsusiyyətlərində inkişaf:

Son zamanlarda ən çox istifadə edilən xüsusiyyətlərdən biri olan konfrans xüsusiyyətində də bir inkişaf var. "WhatsApp" eyni vaxtda 8 nəfərin video konfranslar qurmasına yol açdı. Bu xüsusiyyət üzərində işləməyə davam edən şirkət, həmçinin istədiyiniz istifadəçinin ekranını böyütməyə də imkan verəcək.

Hərəkətli etiketlər:

Animasiya etiketlərinin xüsusiyyətinin "WhatsApp"ın Android beta versiyasında görünür. "WhatsApp"ın şərhlərinə görə, bu xüsusiyyət artıq hazırdır və aktivləşdiriləcəyi günü gözləyir. Söhbət əsnasında cizgi etiketləri göndərə biləcəyiniz bu xüsusiyyət "WhatsApp" təcrübənizə əhəmiyyətli bir yenilik gətirəcək.