“WhatsApp” öz istifadəçilərinə 120 gün vaxt verdi

“WhatsApp” öz istifadəçilərinə 120 gün vaxt verdi

“WhatsApp” istifadəçiləri yeni qaydaları qəbul etməmək halında ismarıc göndərmək haqqından məhrum edilməklə hesabları birdəfəlik bağlana bilər. Bundan əvvəl “WhatsApp”ın bütün istifadəçiləri qarşısında həmin yeni qaydalarla tanış olub qəbul etmək şərti qoyulmuşdu.

24Media xəbər verir ki, "Facebook" 8 fevralda qüvvəyə minəcək olan "WhatsApp"ın yeni istifadəçi müqaviləsini 15 maya qədər uzadıb. Bu müddət ərzində istifadəçilərə müqavilə haqqında ətraflı şəkildə məlumat veriləcək. Bəs 15 maydan sonra nə olacaq? Bu barədə bəzi detallar ortaya çıxıb.

Tətbiq müqaviləni istifadəçilərə 120 gün boyunca təkrar göndərəcək. Həmin vaxt kəsiyində "WhatsApp"ın yeni razılaşmasını hələ də qəbul etməyən istifadəçilərin hesabları passiv sayılacaq. Qəbul edənlərin telefon nömrəsinə dair bütün məlumatlar messencerin sahibi “Facebook” şirkətinə ötürüləcək.  

"WhatsApp” rəhbərliyinin tətbiq etdiyi yeni qaydalara 2021-ci il 15 may tarixinədək diqqət yetirməyən istifadəçilər ismarıc oxumaq və göndərmək hüququndan məhrum olacaq. Bu istifadəçilərə zəng və ismarıclar gəlməyə davam edəcək. Əgər "WhatsApp" istifadəçiləri həmin müqavilənin şərtlərini qəbul etməzsə, müəyyən bir vaxt sonra onların hesabları, danışıqları, məlumat arxivi tamamilə silinəcək.