Wes Andersonun yeni filmi “The French Dispatch” təxirə salınıb

Wes Andersonun yeni filmi “The French Dispatch” təxirə salınıb

Orijinal stili ilə kinematoqrafiya aləmində tez-tez müzakirə mövzusu olan amerikalı rejissor Wes Andersonun yeni filmi “The French Dispatch”ın 24 iyul üçün təyin olunmuş təqdimatı təxirə salınıb.

COVID-19 pandemiyası səbəbilə kinoteatrların bağlanması, bir çox tədbirin ləğv edilməsi, öz növbəsində, premyerası baş tutacaq fimlərə də təsir edib. 24 Media xəbər verir ki, bu səbəblə 24 iyul üçün nəzərdə tutulmuş “The French Dispatch” filminin təqdimatı 16 oktyabr tarixinə keçirilib. 

Qeyd edək ki, “The French Dispatch” filmi"Amerikalı jurnalistlərə yazılmış eşq məktubu" kimi qiymətləndirilir. Xəyali 20-ci əsr Fransa şəhərindən “The French Dispatch” adlı amerikan jurnalın hekayəsini əks edən film jurnal kollektivinin əlli il ərzində yaşadıqlarından bəhs edir.