“Watchmen”in prodüseri “Marvel” serialı çəkəcək

“Watchmen”in prodüseri “Marvel” serialı çəkəcək

 “Sony” Tom Spezialinin prodüserliyini etdiyi, "Spider-Man" dünyasına aid obraz Silklə bağlı serial hazırlayacaq.

24Media xəbər verir ki, əsl adı "Cindy Moon" olan xarakterin serial versiyası üçün işlərə 2018-ci ildən başlanıldığını filmin prodüseri Emi Paskal və "Sony" deyib. Serialın ssenarisi isə Lauren Mun ("Atypical"serialının ssenaristi) tərəfindən yazılıb.

Filmdə "Ash vs Evil Dead", "The Leftovers" kimi işlərin prodüseri Tom Speziali və ssenarist Fil Lord ilə Kris Miller yer alacaq.