Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək.

Bu barədə 24Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir tərəfindən cari il mart ayının 30-da Lənkəran Şəhər, Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

"Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər", - məlumatda qeyd edilib.