ÜST Çinə ekspert qrupu göndərəcək

ÜST Çinə ekspert qrupu göndərəcək

Bu həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini təyin etmək üçün Çinə ekspert qrupu göndərəcək.

24Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bu virusla əlaqədar hər şeyi, o cümlədən necə yayıldığını bildiyimiz zaman ona qarşı daha yaxşı mübarizə apara bilərik və bunun üçün gələn həftə Çinə bir qrup göndərərək onun üzərində işləyəcəyik”,- deyə ÜST-ün direktoru qeyd edib.