Uşaqlıqda yaşadıqlarınızın səbəb olduğu 5 sevmə tərzi

Uşaqlıqda yaşadıqlarınızın səbəb olduğu  5 sevmə tərzi

İnsan münasibətlərində hər kəsin öz sevgisini göstərmə tərzi fərqlidir. Bəzən bu davranış və düşüncə prosesi müsbət olmaq yerinə mənfi olur. Tədqiqatlara görə, ailəsi ilə güvənli münasibəti olmuş uşaqlar daha yaxşı insanlarası münasibətlər qurur, ailəsi ilə qeyri-stabil münasibətdə olanlar isə sağlam olmayan davranışlara və balanssızlığa malik olurlar. Doktor Milan və Kay Yerkoviç uşaqlıqdan formalaşan 5 müxtəlif sevmə şəkli müəyyənləşdiriblər: 

 

1. Çəkingən - Sevmə şəkli "çəkingən" olan insanlar daha çox məsafəli olurlar. Onlar özlərinin emosiyalarını yaşamağa qoymurlar və bu şəkildə özlərini qoruduqlarını düşünürlər. Çox zaman ətraflarında kimsə emosionallaşdıqda narahatlıq keçirirlər. Başqa insanlardan uzaq şəxsi məkanlarına önəm verirlər. Bu tərz sevmə şəklinə sahib insanlar uşaqlıqda valideynlərindən kifayət qədər sevgi görməyiblər və beləcə müstəqil və özgüvənli olmağa daha çox diqqət ayırıblar.

2. Qərarsız - "Qərarsız" sevmə şəklinə sahib insanlar yeni yaranmış münasibətləri ideallaşdırmağa meyillidirlər, qarşı tərəfdə onların xəyal etmədiyi bir hərəkət və ya xasiyyət olduqda münasibətin doğruluğundan şübhə etməyə başlayırlar və münasibəti tamamilə bitirməyə də qərar verə bilərlər. Uşaqlıqda valideynlərinin gözlənilməz davranışları ilə üzləşən, diqqətə ehtiyacı olan anlarda valideyni evi tərk edən uşaqlarda bu cür sevmə tərzi müşahidə olunur. Ehtiyaclarının valideynlərinin öncəliyi olmadığını hiss edərək böyüyən və buna görə də qərarsızcasına sevən insanlar tərk edilmə qorxusu daşıyırlar, uşaqlıqda valideynlərindən davamlı sevgi görməmələri buna yol açır. Daha çox həssas olurlar, ən balaca şeyləri belə başqalarnın onlardan uzaqlaşması kimi başa düşürlər.

3.Nəzarətçi - Sevgidə "nəzarətçi" tipsinizsə, uşaqkən üzləşdiyiniz yaralayıcı və neqativ hisslərdən uzaq qalmaq üçün münasibəti nəzarət altında saxlama ehtiyacı hiss edirsiniz deməkdir. Nəzarətdə olmaqla siz alçaldılma, qorxu və çarəsizlik kimi hisslərə məruz qalmadığınıza əmin olursunuz. Gücsüz hiss etdirməyən emosiya qəzəbdir, hisslərinizi daha çox qəzəblə ifadə edirsiniz, gözləntiləriniz qarşılanmayanda stressli və əsəbi olursunuz. Çox güman ki, uşaqkən qorunduğunuzu hiss etmirdiniz, həyatınızda çətin situasiyalar olduqda heç kim sizi güvəndə olduğunuza əmin etmirdi. Komfort zonasından çıxmağa cəsarət etmir və  özünüzü neqativ emosiyalardan qoruyurdunuz. Bu şəkildə hisslər cəhətdən sərt olmağı və özünüzün qeydinə qalmağı öyrəndiniz, çünki əks təqdirdə incinilməkdən qorxursunuz. 

4.Razı salan - Bu tip sevən insanlar ətrafındakıların xoşbəxt olduğuna əmin olmaq istəyir, hətta bəzən buna görə öz istək və ehtiyaclarını da qurban verirlər. Onlar ətrafındakıların xoşbəxtliyindən əmin olmaq üçün mütəmadi olaraq əhvallarını müşahidə edirlər, əgər kiminsə əhvalında neqativ dəyişiklik olarsa, bu tip insanlarda qəmginlik, stress və narahatlıqla daxili mübarizə başlayır. Əgər "razı salan" tip sevmə şəklinə sahibsinizsə konfliktlərlə rahat başa çıxa bilmirsiniz və konfliktdən qurtulmaq üçün yalan danışa, qarşı tərəfin istədiyini deyə və ya edə bilərsiniz. Sizin üçün "yox" demək asan deyil. Çox mühafizəkar, əsəbi və ya tənqidçi valideynlər tərəfindən böyüdülən uşaqlarda bu, müşahidə olunur. Çox zaman valideynləri onlardan yüksək standartlar tələb ediblər və onların dediklərini eləmədikdə müsbət reaksiya ilə üzləşməyiblər. İnsanlar sizi, əsasən, "yaxşı uşaq" olaraq tanıyıblar. Valideynləriniz sizə komfort vermək yerinə daha çox siz onlara komfort vermək və nəzarətinizdən kənar baş verənlər üçün həmişə üzr istəməli olmusunuz. "Razı salan"lar valideynlərdən mənfi reaksiya görməmək üçün hər şeyi edə bilərlər, hətta yalan da danışa bilərlər.

5.Qurban - Qurbanlar, əsasən, sevgidən məhrum olurlar və daha çox depressiya və narahatlıqdan əziyyət çəkirlər. Əsasən "nəzarətçi" tip insanları özlərinə çəkirlər. Onlar tabe olmağı sevirlər və "nəzarətçi" tip insanlarla birlikdə olmağı daha asan və komfortlu görürlər. Bu tərz sevmə şəklinə sahib insanlar, çox güman ki, xaoslu bir evdə böyüyüblər, valideynləri əsəbi və ya şiddətə meyilli olublarlar. Üzüyola olmaqla diqqəti özlərindən uzaqlaşdırır və onları əhatə edən neqativlikdən fantaziyaları vasitəsi ilə uzaqlaşa bilirlər. Tamamilə bu anda olmaq onlar üçün üzücü ola bilir.

Bəs sizin sevmə şəkliniz hansıdır?