“Universal Pictures”in klassik qorxu filmlərini “YouTube”da izləmək mümkün olacaq

“Universal Pictures”in klassik qorxu filmlərini “YouTube”da izləmək mümkün olacaq

Qorxu filmi sevərlər “Universal Pictures” in bəzi qorxu filmlərini bu ay pulsuz şəkildə “YouTube”da izləyə biləcəklər.

24Media xəbər verir ki, öz janrında klassikləşmiş 7 filmi, izləyicilər “YouTube”da "Fear: The Home of Horror" adlı kanalda15 Yanvardan etibarən izləyə biləcəklər. 

kanal linki - 

Kanalda filmlərdən əlavə kliplərə, video esselərə, müsahibələrə, səhnə arxası görüntülərə də yer veriləcək.

“Universal Pictures”in 15-16-17 Yanvar tarixlərində yayımlanacaq yeddi qorxu filmi sadəcə bir həftə ərzində izlənməyə açıq olacaq.

15 Yanvar 2021
Dracula (1931),

The Mummy (1932)

 

16 Yanvar 2021
Frankenstein (1931)
Bride of Frankenstein (1935)

 

17 Yanvar 2021
The Invisible Man (1933),
The Wolf Man (1941),
Abbott And Costello Meet Frankenstein (1948)